Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 17:09-da (Bakı vaxtı ilə 16:09) qeydə alınıb, mənbə 200 km dərinlikdə olub.
Mərkəzin açıqladığı koordinatlara əsasən, zəlzələnin episentri rayonun inzibati mərkəzi, 30 minə yaxın insanın yaşadığı Xoroq şəhərindən təxminən 40 km aralıda dağlarda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun