Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 17:09-da (Bakı vaxtı ilə 16:09) qeydə alınıb, mənbə 200 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.