AZ

Fransada Makrona qarşı etirazlar başladı

Parisdə Fransa prezidenti Emmanuel Makrona qarşı solçu partiyaların təşkil etdiyi etirazlar başlayıb.

Teleqraf.com xəbər verir ki, etirazçılar Makronun hakimiyyəti ələ keçirməsinə qarşıdılar.

Mitində sol partiyaların, Yaşılların və Sosialistlərin liderləri çağırış ediblər. Aksiya iştirakçıları Fransa prezidenti Emmanuel Makronun solçu "Yeni Xalq Cəbhəsi" koalisiyasından namizədi baş nazir təyin etməkdən imtina etməsi ilə razılaşmadığını bildirir və dövlət başçısını istefaya çağırırlar.

Fransa lideri bildirib ki, solçular blokunun növbədənkənar seçkilərdə qələbə qazanmasına baxmayaraq, hökumətin formalaşmasında iştirak etməyəcəklər.


Müəllif: Arzu
Seçilən
151
teleqraf.com

1Mənbələr