AZ

İrandan Rusiyaya raketlərin verilməsi ilə bağlı bəyanat

İran Rusiyaya ballistik raketlərin verilməsi ilə bağlı ittihamları rədd edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, İranın BMT-dəki missiyasının müvafiq bəyanatını İRNA agentliyi yayıb.

"İranın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. İran münaqişə tərəflərinə itkilərin artmasına, infrastrukturun məhvinə və atəşkəs danışıqlarından geri çəkilməsinə səbəb olan hərbi yardımın göstərilməsini qeyri-insani hesab edir", - bəyanatda deyilib.

İran missiyası həmçinin döyüşən tərəflərdən hər hansı birinə silah verilməsinə son qoymağa çağırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
58
5
milli.az

5Mənbələr