“Fiorentina” futbolçusu Antonin Barakı icarəyə verib.
QOL.az xəbər verir ki, 29 yaşlı çexiyalı yarımmüdafiəçi “Kasımpaşa”ya keçib. Onunla 2025-ci ilin yayına qədər imzalanıb. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçunun İtaliya klubu ilə müqaviləsi isə 2026-cı ildə başa çatır.
Qeyd edək ki, Antonin Barak ötən mövsüm 34 matça çıxaraq 5 qol vurub və 3 qolun ötürməsini edib.