Bakı. Trend:
Estoniyanın Tallin şəhərində keçirilən cüdo üzrə gənclərarasında Avropa çempionatı başa çatıb.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, Azərbaycan yığması komanda hesabında 1-ci yeritutub.
Cüdoçularımız çempionatda 8 dəfə fəxrü kürsüdə yer alıblar.Yığmamızın qazandığı medallardan 4-nün əyarı qızıl, 2-si gümüş,2-si isə bürünc olub. Sıralamasında ölkəmizi Serbiya (3-1-1) vəFransa (2-1-5) izləyib.
Qeyd edək ki, Avropa çempionatında millimizin heyətində VüsalQələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) və AslanKotsoev (90 kq) gümüş, Tuncay Şamillə (90 kq) Kənan Nəsibov (+100kq) isə bürünc medala yiyələnib.