AZ

Elmar Baxşıyev: “Sumqayıt”la oyun yerinə düşdü”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev bu gün “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu gün Sumqayıtda baş tutan sınaq matçından 5:1 hesablı qələbə ilə ayrılıb.

Elmar Baxşıyev matçdan sonra klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Millinin oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə görə bu matçı keçirmək yerinə düşdü. Maraqlı oyun alındı. Heyətin bütün üzvlərinə şans verməyə çalışdıq. Hər hissəyə fərqli heyətlə çıxdıq. Böyükhesablı qələbə qazansaq da, üzərində işləməli olduğumuz məqamlar var. Qarşıda bizi “Kəpəz”lə çətin oyun gözləyir. Artıq həmin matçı düşünməliyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
7
arena.az

8Mənbələr