Rusiyanın Krasnodar vilayətində kütləvi dava baş verib.
Bizim.Media xəbər verir ki, hadisə vilayətin Afipski kəndində baş verib.
Belə ki, Pobeda küçəsində yerləşən yerli Mədəniyyət evinin qarşısında qırxa yaxın gənc iğtişaş törədib.
Dava iştirakçıları yolu bağlayıb, ərazidə tıxac yaranıb.
Hadisə yerinə Rusiya Milli Qvardiyası gəlib. İğtişaşın səbəbi açıqlanmır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta