AZ

Banka etiraz edib muzeyi bağladılar

Amsterdamda iqlim fəalları Hollandiyanın ən böyük muzeyi “Rijksmuseum”un girişini bağlayıblar. Hollandiyadakı ekoloji qrup “Yox olma üsyanı” təşkilatı ilə bir araya gələn onlarla nümayişçi özlərini “Rijksmuseum”un dəmir hasarlarına zəncirləyib və girişi bağlayıblar.

Nümayişçilər ölkənin ən böyük muzeyinin girişinə zəncir vuraraq ziyarətçilərin içəri girməsinə mane olublar.

Sarı kombinezon geyinmiş 60-a yaxın nümayişçi “Rijksmuseum”dan sponsoru olduğu bankla münasibətlərini kəsməyi tələb edir.

Mediaya danışan nümayişçilər qalıq yanacaq sənayesini maliyyələşdirdiyini iddia etdikləri bankla əməkdaşlığa son qoyulana qədər muzeyin girişini bağlayacaqlarını bildiriblər.

Nümayişçilərdən biri, “Biz bu gün “Rijksmuseum” qarşısında bu hərəkəti edirik. Biz “Rijksmuseum”un ING ilə əlaqələrini kəsməsini istəyirik. ING, qalıq yanacaq sənayesini maliyyələşdirərək səhv iqlim siyasəti həyata keçirir”, – dedi.

Kran kabinəsinə daxil olan və tez-tez meqafonla muzey ziyarətçilərinə anonslar verən nümayişçilər “Rijksmuseum”un ING Banka “Xeyr” deməsini istəyirik” şüarları səsləndiriblər.

Bəzi ziyarətçilər nümayişçilərlə danışaraq, muzeyə daxil ola bilmədiklərinə görə aksiyanın tənqid ediblər.

Muzeyin ətrafında nümayişin bitməsini gözləyən çox sayda polis müdaxilə etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
vaxt.az

1Mənbələr