AZ

Məşhur analitik Harrisin qalib olacağını deyir...

...Amerikalı analitik Allan Lixtman 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisin qalib gələcəyini proqnozlaşdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə UNIAN yazır. …Donald Trampın 2016-cı ildəki sürpriz qələbəsi də daxil olmaqla, son 10 seçkidən 9-nun nəticəsini dəqiq proqnozlaşdırmaqla məşhur olan Lixtman yenə də öz proqnozunu “Ağ Evin 13 açarı” sistemi əsasında edib.

…Deməli, Sistemə Lixtmanın namizədləri qiymətləndirdiyi 13 meyar daxildir.

Onun hesablamalarına görə, Kəmalə Harris bu məqamlardan 9-da Trampı üstələyib.

Onun üstünlükləri arasında partiya daxilində ciddi rəqiblərin olmaması, sabit iqtisadi artım (o cümlədən 2023-cü ildə adambaşına ÜDM-in 2,1 faiz artımı) və demokratlar tərəfindən əsas qanunvericilik aktlarının qəbulu var.

Lixtmanın sözlərinə görə, Harris görkəmli milli xadim və ya parlaq xarizmatik şəxsiyyət olmasa da, böyük qalmaqallarda iştirak etmir.

Əli Babayev

Seçilən
212
sia.az

1Mənbələr