Əlcəzairdə növbədənkənar prezident seçkilərində səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
“İki sahil” “Ennahar onlayn”a istinadla xəbər verir ki, bütün seçki məntəqələri bağlanıb, respublikanın bütün əyalətlərində səslərin hesablanmasına başlanılıb.
Ən yüksək dövlət postu uğrunda üç namizəd mübarizə aparır. Bunlar Sosialist Qüvvələr Cəbhəsindən Youssef Auuchish, mötədil islamçı Sülh Cəmiyyəti Hərəkatından Abdelali Hasani Cherif və müstəqil namizəd kimi iştirak etmiş hazırkı dövlət başçısı Abdelmadjid Tebbunedir. Şərhçilər Tebbuneni yarışın aşkar favoriti adlandırırlar.
Prezident ümumi səsvermə yolu ilə seçilir. Qələbə qazanmaq üçün namizəd 50%-dən çox səs toplamalıdır. Seçkilərin rəsmi nəticələrini Konstitusiya Məhkəməsi elan edəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”