AZ

Qasırğa məşhur reperin çıxış edəcəyi stadionun damını dağıtdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çinin cənubundakı Haynan əyalətində "Super Yagi" tayfunu amerikalı reper Kanye Uestin gələn həftə çıxış edəcəyi "Vuyuanhe" stadionunun damını dağıdıb.
Oxu.Az xəbər verir ki, bu barədə Honq-Konqun "Sindao Jibao" qəzeti məlumat yayıb.
Məlumata görə, tribunalardakı tamaşaçıların üzərini örtməli olan damın böyük hissəsi külək nəticəsində qoparaq dağılıb. Panellərin fraqmentləri idman kompleksinin meydançasına və ərazisinə səpələnib.
Qeyd edək ki, Vestin konserti sentyabrın 15-nə planlaşdırılır. Biletlər 680-2000 yuana (96-280 dollar) arasında dəyişən qiymətlərlə satılıb.
Arena 2018-ci ildə tikilib. Məkan 41 min tamaşaçı tuta bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
oxu.az

1Mənbələr