AZ

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk » AzadMedia.az



Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ötən dövr ərzində Azərbaycan-Braziliya əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda genişlənməsi bizi sevindirir.

Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

“Bu il Bakıda təşkil ediləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı Braziliya ilə birgə sıx əməkdaşlıq edəcəyimizə inanıram. Qlobal istiləşməni 1,5 C° səviyyəsində saxlamaq məqsədilə Üçlük mexanizmi çərçivəsində ölkəniz və Birləşmiş Ərəb Əmirlikləri ilə apardığımız birgə fəaliyyəti yüksək qiymətləndirirəm.

Fürsətdən istifadə edərək G20 Sammitinin keçirilməsində ölkənizə uğurlar arzulayıram”, - deyə dövlət başçısı bildirib.
Seçilən
105
49
azadmedia.az

10Mənbələr