AZ

Almaniya, Niderland və Gürcüstandan darmadağın

UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, bu gün daha 9 oyun baş tutub.

Almaniya yığması evdə Macarıstan üzərində böyük hesablı qələbə qazanıb. Niderlandlılar da evdə Bosniya və Herseqovina yığmasına darmadağınla qalib gəlib. İngiltərə millisi səfərdə İrlandiya üzərində inamlı qələbəyə sevinib.

Ukrayna yığması Albaniyaya məğlub olub. Yunanıstan millisi Finlandiyanı əli bol yola salıb. Moldova yığması evdə Maltanı məğlub edib.

Gürcüstan yığması isə evdə Çexiyanı darmadağınla yola salıb.

UEFA Millətlər Liqası

7 sentyabr

A Liqası, 3-cü qrup

Almaniya – Macarıstan 5:0

Qollar: Füllkruq, 27. Musiala, 58. Virts, 66. Pavloviç, 77. Haverts, 81-pen.

Niderland – Bosniya və Herseqovina 5:2

Qollar: Zirkze, 13. Reynders, 45+2. Qakpo, 56. Veqhorst, 88. X.Simons, 90+2 – Demiroviç, 27. Dzeko, 73. 

B Liqası, 1-ci qrup

Gürcüstan – Çexiya 4:1

Qollar: Kvaratsxeliya, 33-pen. Çakvetadze, 53. Mikautadze, 63. Koçoraşvili, 66 – Kalvaç, 80.

Ukrayna – Albaniya 1:2

Qollar: Konoplya, 49 – İsmayli, 54. Asani, 66.

B Liqası, 2-ci qrup

İrlandiya – İngiltərə 0:2

Qollar: Rays, 11. Qriliş, 26.

Yunanıstan – Finlandiya 3:0

Qollar: İoannidis, 24; 76. Kallman, 37-öz qapısına.

C Liqası, 4-cü qrup

Farer adaları – Şimali Makedoniya 1:1

Qollar: Davidsen, 9-pen – Bardi, 49-pen.

Ermənistan – Latviya 4:1

Qollar: Bıçakçıyan, 6. Dubra, 35-öz qapısına. Zelarayan, 48. Spertsyan, 86 – Harutunyan, 9-öz qapısına.

D Liqası, 2-ci qrup

Moldova – Malta 2:0

Qollar: Kaymakov, 32. Nikolaesku, 45+5-pen.

Seçilən
108
3
90deqiqe.az

6Mənbələr