Fransanın yeni Baş naziri Mişel Barnye öz siyasi proqramını Milli Assambleyaya (parlamentin aşağı palatası) oktyabrın əvvəlində təqdim etmək niyyətində olduğunu bildirib.
Axar.az APA-a istinadən xəbər verir ki, Barnye bunu jurnalistlərə açıqlamasında deyib.
Baş nazir vurğulayıb ki, onun rəhbərlik etdiyi yeni Nazirlər Kabineti üçün səhiyyə sahəsi prioritet olacaq.