AZ

KİV: Çinin etirazına baxmayaraq, Almaniya gəmiləri Tayvan boğazından keçəcək

Almaniyanın "Baden-Württemberg" freqatı və “Frankfurt am Main” hərbi dəstək gəmisi sentyabrda Tayvan boğazından keçəcək.

APA xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

“Beynəlxalq hüquqa görə, boğazdan sərbəst istifadə etmək olar”, - nəşr qeyd edir.

Almaniya hökumətinin bu məsələ ilə bağlı Çinlə mümkün diplomatik mübahisələrə hazır olduğu iddia edilir.

Seçilən
64
apa.az

1Mənbələr