AZ

Qazaxıstanda aşkarlanan nəhəng qalanın sirri açıldı

Qazaxıstanda tapılan meqalit quruluş, ehtimal ki, Tunc dövründə (e.ə. II minillik) qızıl mədənçilərinin ibadət yeri olub.

Publika.az xəbər verir ki, bu barədə "Arkeonews" məlumat yayıb.

“Taskamal” strukturu (qazax dilindən “Daş qala”) nəhəng qranit divardan, bir neçə platformadan və onların arasındakı körpülərdən ibarətdir.

Yeni araşdırmada alimlər kompleksin ayrı-ayrı komponentlərini təhlil ediblər. Nəticədə onun tunc dövrünün sonunda, eramızdan əvvəl II minillikdə tikildiyi müəyyən edilib. Çox güman ki, daş konstruksiyalar qızıl hasilatı üzrə ixtisaslaşmış yerli icmalar tərəfindən istifadə oluna bilərdi. Bunu Tuscamal yaxınlığındakı çoxlu qızıl mədənləri sübut edir.

Seçilən
118
publika.az

1Mənbələr