Sərnişin təyyarəsinin pilotları Qroznıda (Çeçenistan, Rusiya) tikilməkdə olan uçuş-enmə zolağına eniş etmək istəyiblər.
Paralel.az xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Təyyarə həmin vaxt sahədə işləyən üç ekskavator və bir minik avtomobili ilə toqquşmaq təhlükəsi ilə üzləşib. O ikinci cəhddən sonra düzgün zolağa enməyi bacarıb.
Hava gəmisinin Türkiyədən gəldiyi və "Utair" şirkətinə məxsus olduğu bildirilib.
Lakin sonradan şirkət məlumatı təkzib edib. Bildirilib ki, bu, iyunun 24-də baş vermiş hadisədir və həmin vaxt pilotlar güclü küləyə görə manevr ediblər.