AZ

"Bayer" futbolçusu ilə ayrılığa yaxındır

Leverkuzen “Bayer”inin futbolçusu Conatan Ta komandadan ayrılmağa qərar verib. 

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano Almaniya mətbuatına istinadən xəbər verir. 

28 yaşlı almaniyalı müdafiəçi "Bayer"lə müqaviləsini yeniləməyəcəyini açıqlayıb. O, deyib:

“Bayer”lə yeni müqavilə imzalamayacam. Artıq qərar vermişəm. Sona qədər burda tam gücümü qoyacam, gələcək klubum isə sonra bilinəcək. Amma mənim qərarım getmək və yeni bir şey yoxlamaqdır”. 

Qeyd edək ki, Conatan Tanın Leverkuzen klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. O, 2015-ci ilin ildən “Bayer”də çıxış edir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
bizim.media

2Mənbələr