AZ

Füzulidə ağır qəza: Qadın sürücünün beli sındı

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Qədirzadə Hürü Rza qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
9
bizim.media

10Mənbələr