Böyük Britaniya qeyri-adi hadisə baş verib. 1967-ci ilin yanvarında Alfred Svinskoun Derbişir restoranda tualetə getmək üçün icazə istəyib. Lakin o bir daha geri qayıtmayıb.
News24.az sonxeber.az-a istinadla xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat verib. Həmin gecə baş verənlərlə bağlı hələ də çoxlu suallar var. O, vaxtı Alfredi görə bilən bir çox insan artıq həyatda deyil. Adamın yoxa çıxmasının sirrini nəvəsi Rasel Labriç təsadüfən öyrənib.
Versiyalardan birinə görə, o zaman 54 yaşında olan və həyat yoldaşından yeni boşanmış Alfred altı uşağını tək başına qoyaraq qaçıb. Ancaq həqiqət göründüyü kimi deyildi.
Keçən aprel ayında Rasel sosial mediada bir xəbər rast gəlib. Xəbərdə fermerlərin tarlasında naməlum bir kişinin meyiti tapıldığı bildrilib:
"İlk vaxtlarda buna inana bilmədim. Amma polis bir cüt corabın şəkillərini paylaşmışdı. Birdən uşaq vaxtı babamın corablarını geyinib dabanıma qədər çəkdiyim anlar yadıma düşdü. Əmin olmaq üçün polisə zəng etdim və DNT testi verdim. Beləliklə, onun həqiqətən Alfred oldu məlum oldu. Babamı vəhşicəsinə öldürülüb. Başına bıçaqla zərbələr endirildiyinə dair izlər var idi. Bundan sonra qolları və qabırğaları sınmışdı. Eyni zamanda müxtəlif dərəcəli bədən xəsarətləri almışdı".
Polisin məlumatına görə, Svinskounun meyiti badırılmamışdan əvvəl təxminən bir həftə qalıb. Eyni zamanda bəzi barmaqları və qabırğaları yox idi. Sanki kişinin meyiti o zaman vəhşi heyvanlar tərəfindən parçalanıb. Meyitin tapıldığı meşəlik qəribə idi. 1960-ci illərdə həmin meşədə insanlar qadağan olunmuş münasibətlər üçün gizli şəkildə görüşüblər.
"Heç kimin polisə şikayət etməyə cürət etməyəcəyini bildikləri üçün onu tarlada basdırdılar. Bəlkə də babam orada gördüklərinə görə öldürüldü. ağlımda çoxlu suallar və onlara cavab tapmaqda çətinlik çəkirəm".
Kişi həyat yoldaşı və qızının yanında dəfn edilib. Lakin Alfredin başına gələnlər hələ də sirr olaraq qalmaqdadır.