AZ

Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb

2024-cü ilin ilk günündən ABŞ-də polis tərəfindən 836 nəfər öldürülüb.
 
Bu barədə “Report” polis zorakılığına dair bazaya (mappingpoliceviolence.us) istinadən məlumat yayıb.
 
Belə ki, bu ilin ilk 8 ayında yalnız 12 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülən insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idi. Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb və 2024-cü ilin ilk 8 ayındakı göstəricilər artım tendensiyasını göstərir.
 
2013-2023-cü illər arasında polis tərəfindən törədilən qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 13 minə yaxın insanı öldürüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
9
moderator.az

10Mənbələr