VI çağırış Milli Məclisin deputatı, Vəhdət Patiyasının sədri Tahir Kərimli Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin "Azad söz" kanalına verdiyi müsahibə zamanı onun haqqında səsləndirdiyi iddialara münasibət bildirib.
Referans.az xəbər verir ki, Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, P.Hüseynlə sonuncu görüşü bir neçə ay əvvəl siyasi partiyaların birgə iclası zamanı olub.
Onun sözlərinə görə, Pənah Hüseynlə şəxsi və ya telefon əlaqəsi, seçki ilə bağlı söhbəti olmayıb: "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak etməmək barədə qərara müstəqil gəlmişəm və bu barədə öncədən - 08 iyul 2024 -cü ildə "Pravda.az" saytında məlumat verilib. Mənə seçkidə namizədliyimi irəli sürməmək barədə kimsə tərəfindən hər hansı təzyiq olmayıb. Ümumiyyətlə isə, Pənah bəyə və digər partiya sədrlərinə tövsiyə edərdim ki, hər kəs öz məsuliyyətini dərk etsin və başqalarının adından deyil, öz adından danışsın".