Göygöl rayonunun Mollacəlilli kəndində ümumi sahəsi 160 m² olan obyektin (kafe kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları, lambirdən ibarət tavanı və içərisində olan əşyalar qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, yüksək temperaturdan 7 ədəd plastikdən ibarət pəncərə çərçivəsi deformasiyaya uğrayıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.