Niderland millisinin baş məşqçisi Ronald Kuman Millətlər Liqasının 1-ci turunda evdə Bosniya və Herseqovina üzərində qazandıqları qələbəni (5:2) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Topla işləmək baxımından çox şeyə nail olduq. Topa və oyuna nəzarət edən tərəf idik. Xətlərarası əlaqə ürəyimcə oldu. Çox sayda qol vəziyyəti yaratdıq. Daha çox qol vura bilərdik. Amma 5 qol vurmusansa, narazı qalmaq olmaz".
Nihat