AZ

Sumqayıtda “Yusif-2014” MTK-nın “işğal planı”ı sakinlərə olmazın problemlər yaradır- VİDEO

Yəqin ki, hər kəs o haqda məlumata malikdir ki, ölkəmizin şəhər və rayonlarında həyata keçirilən qanunsuz tikinti işləri bu gün də tam əksəriyyəti narahat etməkdədir. Diqqət yetirmək lazımdır ki, ölkə rəhbəri möhtərəm Prezident İlham Əliyev keçirilən müşavirələrdə qanunsuz tikinti işləri ilə bağlı məsələlərə xüsusi diqqət yetirir və vəzifə sahibi olan hər kəsə bu yöndə ciddi tapşırıqlarını verir. Qeyd edək ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin geniş iclası keçirilir və Prezident İlham Əliyev paytaxt Bakı şəhərində, digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edən hər kəsə ciddi tapşırıqlarını verir. Möhtərəm Prezident tikinti işləri ilə bağlı Sərəncam imzaladığını iclas iştirakçılarının bir daha diqqətinə çatdırır və onu da vurğulayır ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”.Əlavə olaraq onu da qeyd edək ki, 21 avqust 2024-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçılarının və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilir. Müşavirədə bir sıra məsələlər, yəni paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin vəziyyəti, ələlxüsus qanunsuz tikililərlə bağlı məsələlər ciddi şəkildə müzakirə olunur və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilir. Müşavirədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hər bir məsələnin, o cümlədən qanunsuz tikinti işləri ilə bağlı məsələlərin ölkə rəhbəri tərəfindən daim diqqətdə saxlandığı və bununla bağlı lazımi tapşırıqlar verdiyini, bir daha müşavirədə iştirak edənlərin diqqətinə çatdırır.Çox təəssüf hissi ilə qeyd edək ki, möhtərəm Prezident İlham Əliyev cənabları vəzifə sahibi olan hər kəsə ciddi tapşırıqlarını versə də, hal-hazırda Sumqayıt şəhəri, 6-cı mikrorayondakı məscidə yaxın ərazidə, daha dəqiq desək 27-ci və 30-cu binaların həyətində “Yusif-2014” MTK-nın rəhbərliyi qanunsuz tikinti işlərini davam etdirməkdədir. Ərazidə həyata keçirilən çəkilişdən, bina sakinlərinin verdikləri məlumatlardan bəlli olur ki, “Yusif-2014” MTK bina sakinlərinin istirahət etmələri, azyaşlıların oynamaları və s. üçün nəzərdə tutulan sahə, bu MTK tərəfindən ələ keçirilib. Bununla da bina sakinlərini sağalmaz dərdə düçar olublar. Sakinlərindən bəziləri qeyd edirlər ki, əgər əvvəllər bu ərazidə az-çox yaşıllıqlar var idisə, “Yusif-2014” MTK tikinti işlərinə başladıqdan az sonra həmin yaşıllıqları məhv etdi. Bu da onu söyləməyə əsas verir ki, göstərir ki, bu MTK-nın rəhbərliyi nə tikinti işləri haqqında təlimatı, nə də ki, ölkə rəhbərinin verdiyi tapşırıqları, nə də ki, sakinlərin haqlı narazılıqlarını saya salmır. Bu da onu göstərir ki, “Yusif-2014” MTK qeyd olunan ərazidə “at oynadır”. Düşünürük ki, bu tikinti şirkətinin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı yazı yayımlandıqdan sonra, aidiyyəti dövlət qurumları əməlli addımlarını atıb, sakinlərin haqq səsinə “səs verəcəklər”. Əgər bu yöndə qabaqlayıcı tədbirlər görülməzsə, yəqin ki, o halda “Yusif-2014” MTK-nın “işğal planı”nın qarşısını almaq müşkül məsələ olacaq.Qarşı tərəfində mövqeyini dinləyə bilərik.Nyus.Az

Seçilən
144
anaxeber.info

1Mənbələr