İpoteka şərtlərinin yüngülləşdirilməsi təklif olunur. 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, ipoteka şərtlərinin yüngülləşdirilməsi və ayrılan vəsaitin artırılması çox vacibdir.
Xüsusən sosial ipoteka kreditlərinin qısa zamanda bölüşdürülməsi müşahidə edilir. Bu səbəbdən də həm güzəştli ipoteka kreditləri üzrə məbləğin artırılması, həm də şərtlərə yenidən baxılması çox vacibdir.
Vüqar Bayramov qeyd edib ki, ipoteka şərtlərinin yüngülləşdirilməsi digər vətəndaşlar üçün də əlçatanlığı artıra bilər.
Millət vəkili bildirib ki, güzəştli kreditlər daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar üçün nəzərdə tutulub. Burada fəlsəfə sosial dəstəyin gücləndirilməsi olduğu üçün bu istiqamətdə qeyd edilən məqamlar nəzərə alınmaqla, təkmilləşdirmələrin həyata keçirilməsi məqsədəuyğun olardı.