AZ

Ermənistanda atışma - POLİS ÖLDÜRÜLDÜ

Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində atışma olub.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, polisə kənd sakinlərindən birinin silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Silahlı şəxs hadisə yerinə gedən polisə atəş açıb. İki polis güllə yarası alıb. Onlardan biri xəstəxanaya aparrılarkən yolda ölüb. Digəri xəstəxanaya yerləşdirilib.

Silahlı şəxs, Nalbandyan kənd sakini 41 yaşlı Manuk Marqaryan kənd ərazisində aşkarlanıb. Onun üzərindən qanunsuz saxladığı avtomat da götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
33
herbiand.az

10Mənbələr