AZ

Karakasda Argentinanın səfirliyi mühasirəyə alınıb

Venesuela təhlükəsizlik qüvvələri altı venesuelalı müxalifətçinin sığındığı Karakasdakı Argentina səfirliyinin binasını mühasirəyə alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Beynəlxalq ictimaiyyəti məlumatlandırırıq ki, hazırda Venesuela kəşfiyyatı və təhlükəsizlik qüvvələri Karakasdakı rəsmi iqamətgahı mühasirəyə alır”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Argentina tərəfi həmçinin Karakasın Braziliyaya yardımla bağlı qərarını pisləyib və qonşu ölkəyə diplomatik missiyanın obyektlərini qorumaqda davam etmək istəyinə görə minnətdarlığını bildirib.

Sentyabrın 7-də Venesuela Xarici İşlər Nazirliyi məlumat verib ki, Argentina səfirliyində yerləşən Venesuela müxalifətçilərinin hərəkətləri səbəbindən ölkə hakimiyyəti Braziliyanın Argentinanın maraqlarını Bolivar Respublikasında təmsil etmək icazəsini ləğv edib.

Seçilən
76
nocomment.az

1Mənbələr