AZ

"Neftçi" Çempionlar Liqasında 2-ci oyununu da uduzub mübarizəni dayandırdı

"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının I mərhələsində növbəti dəfə məğlub olub.

Prosport.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Gürcüstanın “Lançxuti” klubu ilə üz-üzə gəlib.

Gürcüstanda keçirilən qarşılaşma rəqibin qələbəsi ilə bitib – 2:1. Bununla da "Neftçi" turnirdə mübarizəsini dayandırıb.

Qeyd edək ki, "ağ-qaralar" ilk matçında Avstriya təmsilçisi “Zankt Pölten”ə uduzub – 0:5.

Seçilən
91
3
prosport.az

10Mənbələr