AZ

İranlı deputat Rusiyadan şikayətləndi – “Zəngəzur dəhlizini dəstəkləmə arxadan zərbədir”

İranlı deputat Fədahüseyn Maleki Moskvanın erməni keçid məntəqələri olmadan Zəngəzur dəhlizinin yaradılmasını dəstəkləməsindən şikayətlənib.

 

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü deyib:

“Tehran Moskvanın Tehranla münasibətlərində paradoksal davranışlardan çəkinməsini gözləyir. İran diplomatiyası Rusiya prezidentinin Zəngəzur dəhlizinə dəstək verən son mövqeyinə qəti cavab verəcək”.

Deputat əlavə edib ki, İranın milli maraqları heç bir təhlükə ilə keçilə bilməyən qırmızı xəttdir.

Maleki Rusiyanın regional məsələlərdə ikili standartlarını və “Zəngəzur dəhlizi” yaratmaq istəyini “arxadan zərbə” adlandırıb: “Bu, İran üçün tamamilə qəbuledilməzdir”.

İranın regional təhlükəsizliyin yaradılmasında danılmaz rolunu və İranın iştirakı olmadan qonşu ölkələr arasında aparılan danışıqların zəifliyini vurğulayan deputat deyib ki, Tehran marjinallaşdırılarsa və ya sərhədləri təhdid edilərsə, “həlledici cavab” nümayiş etdirəcək.

Maleki deyib ki, Rusiya Fars körfəzindəki üç İran adası ilə bağlı mövqeyindən sonra İrandan sərt cavab alıb, lakin Zəngəzur dəhlizi ilə bağlı eyni davranışı təkrarlayır. İran rəsmiləri dəfələrlə beynəlxalq sərhədlərdə və ya regionda geosiyasətdə istənilən dəyişikliyə qarşı çıxış ediblər.

Seçilən
85
2
editor.az

3Mənbələr