Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 8-i saat 8:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Yeniazerbaycan.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağıb. Qrızda və Lerikdə duman müşahidə olunub.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan Muxtar Respublikasında 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.