"Mançester Yunayted" qışda Antonini sata bilər.
İdman.biz xəbər verir ki, braziliyalı futbolçu ilə "Nyukasl" maraqlanır.
"Qırmızı şeytanlar" Antoni ilə 48 milyon avro qarşılığında vidalaşmağa hazırdırlar. Onun komanda ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. "Nyukasl"ın baş məşqçisi brazliyalı hücumçunun transfer edilməsini istəyib.
Qeyd edək ki, 2022-ci ilin yayında "Mançester Yunayted"ə keçən futbolçu meydana çıxdığı 83 oyunda 11 qol vurub, 5 ötürmə edib.
İdman.biz