AZ

Qəbələdə ətraf mühiti çirkləndirən şəxslər məsuliyyətə cəlb olunub

Bakı, 8 sentyabr, AZƏRTAC

Qəbələdə ətraf mühitin mühafizəsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara məişət tullantılarının və tütün məmulatlarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, eləcə də istirahət mərkəzlərinin zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıq edilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması aşkar edilib ki, polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumun əməkdaşları tərəfindən aradan qaldırılıb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Seçilən
110
26
azertag.az

10Mənbələr