ABŞ-ın nüvə silahı daşıya bilən F-35 qırıcılarının Finlandiyada yerləşdirilməsi Rusiya üçün ciddi təhlükədir.
Axar.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” nəşri məlumat yayıb.
“B61-13 nüvə bombası ilə təchiz edilmiş bir F-35-in 310 minə qədər Moskva sakinini öldürməyə qadir olduğu təxmin edilir. Təyyarənin Finlandiyada yerləşdirilməsi Rusiyanın təhlükəsizliyinə çox ciddi təhlükə yaradır”, - məlumatda bildirilib.