“İdman paytaxtı” Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən "Ulduz Cup" beynəlxalq turnirinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində üçüncü yer uğrunda qarşılaşmada “Bunyodkor” (Özbəkistan) “Saburtalo” (Gürcüstan) komandasını məğlub edib.
Finalda “Dinamo Minsk” (Belarus) “Ulduz” FA komandasına qalib gələrək yarışın qalibi olub. İkinci və üçüncü yerləri müvafiq olaraq “Ulduz” FA və “Bunyodkor” komandaları tutublar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 ölkədən 8 komanda mübarizə aparıb.