Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan kamandan oxatanları Gürcüstanda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
Azərbaycan Kamandan Oxatma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Fatimə Hüseynli qadınların fərdi mübarizəsində fərqlənərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Məhəmmədəli Əliyev isə F.Hüseynli ilə birlikdə qarışıq komanda yarışında gümüş medala layiq görülüb.