AZ

Estoniyada cüdoçularımızdan tarixi nəticə - VİDEO

Azərbaycanın gənclərdən ibarət cüdo yığması Estoniyanın paytaxtı Tallində təşkil olunan Avropa çempionatında tarixi nəticə qazanıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan ümumkomanda hesabında 39 ölkə arasında 1-ci yeri tutub.

Ölkəmiz oğlanların sıralamasında 1-ci, qızların sıralamasında 2-ci nəticə göstərib. Bu münasibətlə yığmamız Avropa Cüdo Birliyi tərəfindən mükafata layiq görülüb. Həmin mükafat baş məşqçi Elxan Məmmədova təqdim olunub.

Növbəti dəfə ölkəmizin bayrağı ucaldılıb, himni səsləndirilib.

Qeyd edək ki, millimiz gənclər arasında Avropa çempionatında 4 cüdoçumuz qızıl medal qazanıb.

Bundan əlavə, yüksək performans göstərən qızlarımız 25 illik aradan sonra ölkəmizə bu yarışın qızıl medallarını qazandırıblar.

Bu nəticə isə 1999-cu ildə qeydə alınan rekordun təkrarı deməkdir.

Həmin qürurverici anları təqdim edirik:


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
bizim.media

3Mənbələr