"Qarabağ"n veteran futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına açıqlama verib.
Ağdam klubunun keçmiş futbolçusu Azərbaycan çempionunun yeni transferi Aleksey Kaşuk haqda danışıb.
O, ukraynalı futbolçunun "Qarabağ"a xeyir verəcəyinə inandığını dilə gətirib:
"Kaşuk çoxdandır ki, Azərbaycanda idi. Ancaq hansı kluba keçəcəyi bilinmirdi. Səhv etmirəmsə, "Sabah"a da qayıtmaq ehtimalı var idi. "Qarabağ"a keçidi bir az gözlənilməz oldu. Onu çempionatımızdan tanıyırıq, çox yaxşı futbolçudur. Necə futbolçu olduğunu da, öz oyunu ilə sübut edib. Onun gəlişi "Qarabağ"ın gücünə güc qatacaq, rəqabəti də artacaq. Əsas heyətdə oynayıb-oynamamasını zaman göstərəcək. Məncə, Aleksey üçün əsas heyətə düşmək çətin olacaq. Çünki həmin mövqedə Leandro Andrade, Abdullah Zubir oynayır. Onların səviyyəsini görmüşük, indi də görürük. Hər halda, həmin futbolçular da ehtiyatda oturmaq yönündə təslim olmayacaqlar. Rəqabət güclü olacaq. Kaşuk yaxşı futbolçudur. Ehtiyatdan meydana daxil olaraq, "Qarabağ"ın oyunu gücləndirə biləcək futbolçudur. "Qarabağ" Avropa Liqasında da oynayacaq, daxili oyunlarda da rotasiyala çox olacaq. Komanda üçün lazımlı transferdir. "Qarabağ"a və Kaşuka uğurlar arzu edirəm".
Qeyd edək ki, "Qarabağ" Aleksey Kaşukla üç illik müqavilə imzalayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi