AZ

"Qarabağ"ın qolkiperi məşqlərə nə vaxt qayıdacaq?

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev mövsümün əvvəlində aldığı zədədən sonra reabilitasiyasını davam etdirir.

Sportnet.az saytına verilən məlumata görə, təcrübəli qolkiperin komandaya noyabrın əvvəlində yüngül məşqlərə başlayacağı gözlənilir.

Məhz bundan sonrakı proses onun kollektivə qoşulmasıdır. Bu isə onun bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, Şahruddin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə matçından əvvəl məşqdə zədələnmişdi. 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
sportnet.az

1Mənbələr