AZ

“Milli İsveçlə matçda yüksək səviyyədə oynadı”

Azərbaycan yığması UEFA Millətlər Liqasına məğlubiyyətlə başlayıb. Fernandu Santuşun rəhbərlik etdiyi komanda İsveçə uduzub – 1:3.

Həmin görüşdə yığmada əsas heyətdə meydana qapıçı Mehdi Cənnətov çıxdı. Görüşdən öncə isə proqnozlar “Neftçi”nin qolkiperi Rza Cəfərovun start “11-lik”də olacağından yana idi. Buna baxmayaraq, Santuşun seçimi Mehdi oldu və bu, bir az narazılıqla qarşılandı.

Uzun illər Azərbaycan yığmasının əsas qapıçısı olan Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında Santuşun seçimi haqda fikirlərini bölüşdü:

“Santuş təcrübəli məşqçidir və hər matçı demək olar, izləyib. O, özünü mütəxəssis kimi sübut edib, dünya ulduzları ilə çalışıb. Mehdi Cənnətovun əsas heyətdə olması düzgün qərardır. Çünki Mehdi digər qapıçı Rza Cəfərovdan daha təcrübəlidir. Mən də belə düşünürdüm ki, bbelə matçda təcrübəsi olana şans vermək lazımdır. Santuş bütün oyunlarda olur, verdiyi qərarlar düzgündür”.

Məhəmmədov millinin İsveçlə görüşdə yaxşı oynadığını da əlavə etdi:

“İsveçlə oyunda komanda yaxşı oynadı, qol epizodları yarada bildik. Əfsuslar olsun ki, fürsətləri dəyərləndirə bilmədik. Buna baxmayaraq, yaxşı, gözəl oynadıq. İlk hissədəki penaltini qola çevirə bilsəydik, fərqli olardı. Amma milli İsveçlə matçda yüksək səviyyədə oynadı. Slovakiya ilə oyun çətin olacaq. Görüşdə də millimizdən yaxşı futbol və nəticə gözləyirəm”.

Şahin Cəfərov

Seçilən
139
futbolpress.az

1Mənbələr