Ermənistanın müdafiə naziri Suren Papikyan da Cənubi Koreyaya səfərə yola düşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 8-də Cənubi Koreyaya işgüzar səfərə gedib.
Xatırladaq ki, sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Seula işgüzar səfərə gedib. Əvvəlcədən bildirilmişdi ki, onun orada bir sıra görüşləri planlaşdırılıb.