AZ

İranda dəhşətli qəza: 55 nəfər yaralandı

İranda avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 55 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Hadisə Rəzəvi Xorasan əyalətində Səbzevər-Nişapur yolunda qeydə alınıb.

Xəsarət alan 55 nəfərdən 5-nin vəziyyəti ağırdır.

Hadisə yerinə 4 təcili yardım maşını cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
axar.az

1Mənbələr