Oğuzda qəza zamanı xəsarət alan sürücülardən biri ölüb.
Bu barədə "Far.Az"a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Sentyabrın 8-də saat 15 radələrində rayonun Bayan kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada ölüb, “Mercedes”in sürücüsü Turan Lətifov və 3 sərnişini xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Far.Az"un Şimal-qərb bürosuna məlumat verilib.
Bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində Əyyub Əyyubovun idarə etdiyi “VAZ-2107” və Turan Lətifovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və “Mercedes”də olan sərnişinlər xəsarət alıb.
Hazırda araşdırma aparılır.
Oğuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Yaralılar ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.