AZ

"Bu vərdişlər həyatınızı 24 il uzadacaq" - Araşdırma

Səhərimizi necə başlamağımız həyatımızı dəyişə bilər, ekspertlər bu fikirdədir...
 
Aparılan tədqiqatlardan biri göstərib ki, bir neçə sağlam vərdiş insan həyatını 24 il uzada bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.
 
Amerika İctimai Qidalanma Assosiasiyasının illik konfransında təqdim edilən tədqiqat 40-99 yaşlı veteranların həyat tərzini təhlil edib. Bütün iştirakçılar ABŞ veteranlarının sağlamlığının öyrənilməsinə yönələn genişmiyaslı uzunmüddətıi "Million Veteran" proqramının bir hissəsi olub.
 
Nəticələr göstərib ki, bir sağlam vərdişin əlavə edilməsi kişilərdə ömrü 4, 5 il uzadıb. İkinci vərdiş 7 il, üçüncü vərdiş isə 8, 6 ilədək ömrü uzadıb.
 
Qadınlar da həmçinin ömrün uzanmasının xeyli yaxşılaşdığını hiss edib, hərçənd, rəqəmlər bir qədər fərqli olub. Bir sağlam vərdiş onların ömrünü 3, 5 il, iki sağlam vərdiş 8 il, üç sağlam vərdiş 12, 6 il, bütün tövsiyələrə riayət edilməsi isə qadınların ömrünü 22, 6 il uzadıb.
 
Hansı vərdişlər ömrü uzadır?
 
Müntəzən fiziki hərəkətlər
 
Ekspertlər sağlamlığın yaxşılaşdırılmasının həlledici amillərindən biri kimi fiziki aktivliyi hesab edir. Fiziki fəallıq bütün səbəblərdən ölüm riskini idmanla məşğul olmayanlara nisbətən 46 faiz azaldır. Bu zaman heç də intensiv məşqlər etmək mütləq deyil, hətta mülayim fəallıq xeyli fayda verəcək.
 
Narkotiklərdən yan keçmək
 
Narkotiklərdən asılıllğın olmaması omrü uzadan amilllər arasında ikinci yeri tutur, bu zaman ölüm riski 38 faiz azalır.
 
Siqaret çəkməkdən imtina etmək
 
Siqaret çəkməyin məhdudlaşdırılması ölüm ehtimalını 29 faiz azaldır. Hətta insan keçmişdə siqaret çəkən olubsa belə, siqaretdən həyatın istənilən mərhələsində imtina edilməsi sağlamlığa xeyli müsbət təsir edir.
 
Stresə nəzarət etmək
 
Stresin səviyyəsinin aşağı düşməsi ömrü uzadır və erkən ölüm riskini 22 faiz azaldır.
 
Bitki pəhrizi
 
Bitki pəhrizinə riayət edilməsi ömrü 21 faiz uzada bilər. Bu zaman ciddi vegeterian olmaq mütləq deyil, bütöv taxıl və yaşıl tərəvəz kimi bitki məhsullarına əsaslanan, məsələn, Aralıq dənizi pəhrizi kimi qidalanma planına riayət etmək kifayətdir.
 
Alkoqoldan mülayim istifadə edilməsi
 
Alkoqoldan istidafənin gündə dörd içkiyədək məhdudlaşdırılması erkən ölüm riskini 19 faiz azaldır. Lakin digər tədqiqatlar göstərib ki, infarkt və insult riskinin azaldılması istisna olmaqla, alkoqolun hətta mülayim dozaları sağlamlığa ziyan vura bilər, hərçənd, bu fikir tənqidə məruz qalır.
 
Keyfiyyətli yuxu
 
Müntəzəm, 7-9 saatlıq  yuxu erkən ölüm riskini 18 faiz azaldır. Tədqiqatlar göstərib ki, yuxu keyfiyyətinin pis olması o cümlədən ölüm riski də daxil olmaqla sağlamlıqla bağlı müxtəlif priblemlərlə əlaqədardır.
 
Nikbin ətraf mühit
 
Sosial təcrid və tənhalıq yaşlı adamlar üçün xüsusilə təhlükəlidir. Ətraf mühitin nikbin olmasının ölüm riskini cəmi 5 faiz azaltmasına rəğmən, hər halda ümumi sağlamlığa və rifah halına xeyli müsbət təsir edən amildir.
Seçilən
144
48
moderator.az

10Mənbələr