AZ

Santuşdan şok gediş: nə Emin Mahmudov start heyətində var, nə də Ramil Şeydayev!

Bu gün millimiz Millətlər Liqasının C1 qrupunda ikinci oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığma komandamız Slovakiyanın qonağı olacaq.

Artıq hər iki komandanın start heyəti bəllidi:

Slovakiya: Martin Dubravka, Norbert Dyomber, Milan Şkrinyar, Adam Obert, David Hanzko, Stanislav Lobotka, Ondrey Duda, Yuray Kuçka, Tomaş Suslov, Lukaş Haraslin, David Streleç

Azərbaycan: Mehdi Cənnətov, Rahil Məmmədov, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Elvin Camalov, Aleksey İsayev, Emil Mustafayev, Toral Bayramov, Ozancan Kökçü, Renat Dadaşov.

Göründüyü kimi, Bakıda İsveçə qarşı keçirilən matçda yaşanan olayın - penaltini epizoduyla bağlı qalmaqalın iştirakçıları Emin Mahmudov və Ramil Şeydayev start heyətində yer almayıb. Görünür, epizodun müzakirəsi zamanı müəyyən anlaşmazlıqlar ortaya çıxıb. Halbuki millimizin baş məşqçisi Fernando Santuş dünən keçirilən mətbuat konfransında Ramil Şeydayevin start heyətində yer alacağını demişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
26
football-plus.az

10Mənbələr