AZ

3 min manat təqaüd istəyirdi, 11 maşın əldən çıxdı – Səttar Möhbalıyevla bağlı ilginc detallar

3 min manat təqaüd istəyirdi, 11 maşın əldən çıxdı – Səttar Möhbalıyevla bağlı ilginc detallar




VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri vəzifəsindən gedərkən ona təqaüd ayrılmasını xahiş edib.S.Möhbalıyevin istədiyi təqaüdün miqdarı aylıq 3 000 AZN olub.Onun bu təklifi qəbul edilməyib.S.Möhbalıyevi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri vəzifəsində əvvəllər Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışmış Araz Paşayev əvəzləyib. Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri vəzifəsindən də istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin sabiq müavini Sahib Məmmədov seçilib.O, sədrlikdən getdikdən sonra AHİK-ə məxsus 11 avtomobil qohumlarından geri alınıb.(pravda.az)




Xəbərin oxunma sayı :
73

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
14
azfakt.com

10Mənbələr