AZ

İranın Rusiyaya ballistik raketlər göndərdiyi ortaya çıxdı, Ukrayna Tehranı hədələdi- xəbərlər təsdiqlənsə...

Image

İran Rusiyaya qısa mənzilli ballistik raketlər göndərib. Bu barədə məlumat yayan "The Wall Street Journal" yüksək səviyyəli Amerika və Avropa rəsmilərinə istinadən bildirir ki, İran Rusiyaya bir neçə yüz qısa mənzilli ballistik raket verib. Mənbələrdən biri Fath 360 ballistik raketlərinin artıq Rusiya Federasiyasına çatdırıldığını açıqlayıb. Bildirilir ki, Tehran Moskvaya sursat tədarükünü də davam etdirir.

İran isə iddiaları rədd edir. İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi CNN-ə açıqlamasında bildirib ki, ölkə Ukraynadakı münaqişədə iştirak edən tərəflərə hərbi yardım etmir.  

Ukrayna Xarici İşlər Nazirliyi isə bildirib ki, İranın Rusiyaya raketlər verməsi ilə bağlı xəbərlər təsdiqlənərsə, bu, Tehranla münasibətlərdə “dağıdıcı nəticələrə” səbəb olacaq. 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Şon Savett isə bildirib ki, İran ballistik raketləri Rusiyaya ötürməsi Tehranın Ukraynaya qarşı müharibəyə dəstəyinin “dramatik eskalasiyası” olardı.

"Biz dəfələrlə demişik ki, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlayandan Rusiya ilə İran arasında tərəfdaşlıq dərinləşir, ona görə də narahatıq”. – Savet qeyd edib.

Qeyd edək ki, əvvəllər də Qərb İranı Rusiyaya pilotsuz uçuş aparatları (Şahedlər) verməkdə ittiham etsə də, İran bu iddiaları qəbul etməmişdi. Ancaq İran 2022-ci ilin noyabrında Rusiyaya məhdud sayda pilotsuz təyyarələr verdiyini etiraf edib, lakin bu göndərişin Ukrayna müharibəsi başlamazdan əvvəl həyata keçirildiyini bildirib.

TAHİR





Seçilən
115
31
baki-xeber.com

6Mənbələr