AZ

Modinin müşaviri Moskvaya səfər edəcək

Hindistanın Baş naziri Narendra Modinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval Ukraynadakı vəziyyəti müzakirə etmək üçün gələn həftə Rusiyaya gələcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə “İndia Tudey” telekanalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Acit Doval sentyabrın 10-dan 11-dək Moskvaya səfər edəcək. Onun Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukrayna münaqişəsinin həllinə yönəlmiş sülh səylərinin müzakirə olunacağı bildirilir.
Doval BRICS ölkələrinin təhlükəsizlik məsələləri üzrə nümayəndələrinin görüşünə də qatılacaq, Rusiya və Çin rəsmiləri ilə danışıqlar aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
baki.media

10Mənbələr