AZ

Azərbaycan medal sıralamasında neçənci yeri tutub? - Paris-2024

Azərbaycanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarını 28-ci yerdə başa vurub.   Manset.az xəbər verir ki, 7 idman növündə 19 idmançı ilə iştirak edən ölkəmiz 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb. Qızıl medalları İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası) və Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qazanıb. Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış) medallarını, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək) medallarını, Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək) və İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medallarla təltif olunublar.

Medal siyahısında birinci yeri Çin idmançıları tutub (94 qızıl, 76 gümüş, 50 bürünc). Böyük Britaniya (49 qızıl, 44 gümüş, 31 bürünc) ikinci, ABŞ (36 qızıl, 42 gümüş, 27 bürünc) isə üçüncü yerdə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
manset.az

10Mənbələr